ABŞ Ermənistana hərbi və digər yardımları niyə artırır?

post-img

“ABŞ Ermənistanın özünün seçdiyi münasibətləri davam et­dirməklə bağlı suveren hüququ­na hörmət edir”. 

Bu barədə ABŞ Dövlət Departamentin­dən AZƏRTAC-ın ABŞ müxbirinin regionda Ermənistanın hərbiləşdirilməsi siyasətinin, keçmiş ATƏT-in Minsk qrupu ölkələrinin Ermənistanı dəstəkləməyə davam etməsi­nin və ABŞ və Avropa İttifaqının artan hərbi dəstəyinin Azərbaycanla Ermənistan ara­sında davam edən sülh sazişi danışıqlarına təsiri, o cümlədən Ermənistanla Rusiya ara­sında artan ticarət və hərbi əlaqələrin daha geniş regionda stabilliyə təhdid təşkil etməsi ilə bağlı sorğusuna cavabında deyilib. ABŞ-nin Ermənistana yardımlarını artırmasına gəldikdə bildirilib ki, ABŞ-nin bu ölkəyə yardımı onun demokratik və iqtisadi inkişa­fını artırmaq, regional iqtisadiyyata inteqra­siyanı gücləndirmək, ticarəti şaxələndirmək və mənfi təsirlər qarşısında dayanıqlılığını gücləndirməyə xidmət edir. 

Qeyd olunub ki, Birləşmiş Ştatlar Azər­baycanın və Ermənistanın regionda təhlükə­sizliyi və tərəqqini təmin edəcəyinə inanır, davamlı və layiqli sülh sazişinə nail olmaq səylərini dəstəkləyir: “Tərəflər razılaşmanın yekunlaşdırılması istiqamətində əhəmiyyət­li irəliləyiş əldə ediblər və ABŞ bu prosesi istənilən şəkildə dəstəkləməyə sadiqdir”.

Siyasət