Ermənistan Rusiyanın vasitəçi kimi rolunu yüksək qiymətləndirib, ancaq…

post-img

Dağlıq Qarabağda atəşkəsin yaradılmasında Rusiyanın mühüm rolu olub. Bunu sentyabrın 10-da Ermənistan paytaxtında “İrəvan dialoqu” beynəlxalq konfransı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. Məlumatı “İzvestiya.ru” yayıb. 

“Rusiya artıq çox konstruktiv rol oynayıb. 2020-ci il müharibəsindən sonra atəşkəs sənədinin imzalanmasına nail olan ölkə Rusiya olub. Rusiya Ermənistan və Azərbaycanı danışıqlar masasına gətirən vasitəçilik prosesinə başlayan ölkədir”, - Mirzoyan bildirib. 

Onun sözlərinə görə, Ermənistan tərəfi Azərbaycanla mövqelərin yaxınlaşmasına kömək edən bütün vasitəçi ölkələrə minnətdardır: “Lakin biz başa düşürük ki, bütün ölkələrin öz maraqları var və bu maraqlar heç də həmişə Ermənistanın və ya Azərbaycanın maraqları ilə üst-üstə düşməli deyil. Ermənistan və Rusiyanın baxışlarının həmişə üst-üstə düşməsi lazım deyil”, - deyə Ermənistan XİN rəhbəri bildirib.

P.ƏMİRCANOV
XQ

Siyasət