Xarici işlər nazirinin müavini İƏT İcraiyyə Komitəsinin növbədənkənar görüşündə iştirak edib

post-img

Avqustun 7-də Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində növbədənkənar görüşü keçirilib.

 

XİN-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edib.

 

Tədbir zamanı İsrail-Fələstin münaqişə zonasında son vəziyyət, onun regiona yaratdığı təhdidlər və həll yolları müzakirə edilib.

 

Görüşün sonunda Yekun Kommünike qəbul edilib.

Siyasət