Texnologiyanın reallığa, mediaya və dezinformasiyaya təsirinin təhlili və media sahəsində savadlı istehlakçıların yetişdirilməsinin təşviqi günümüzün prioritetlərindəndir. Lakin dil modeli olan süni zəkadan, məsələn, Pakistan-Azərbaycan münasibətlərində istifadə edə bilmərik. Dil modelləri özləri öz həyatlarını təyin edirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Pakistan Daily” qəzetinin redaktoru Hamza Azhar Salam 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” adlı panel müzakirədə söyləyib.
Süni zəkadan media savadlılığının artırılmasında istifadə edilməsinin önəminə toxunan Hamza Azhar Salam bunun dezinformasiyaya qarşı mübarizədə önəminə, həmçinin rəqəmsal əsrdə dezinformasiyanın yayılmasında süni intellektin yaratdığı problemlərə toxunub, həll yolu kimi istehlakçıların media savadlılığının artırılmasının vacibliyini vurğulayıb.