Şimali Makedoniya Prezidenti COP29-da iştiraka dəvət olunub

post-img

Azərbaycanın Şimali Makedoniyadakı səfiri Kamil Xasiyev bu ölkənin yeni seçilmiş Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, səfir K.Xasiyev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qordana Silyanovska-Davkovaya ünvanlanmış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət məktubunu qarşı tərəfə təqdim edib.

Görüş zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində gündəlikdə duran məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Skopye





Siyasət