Putin: ŞƏT ölkələri ədalətli çoxqütblü dünya nizamına sadiqdir

post-img

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində təsdiq üçün təqdim edilmiş Astana Bəyannaməsində iştirakçı ölkələrin BMT-nin mərkəzi roluna və beynəlxalq hüquqa əsaslanan ədalətli çoxqütblü dünya nizamının formalaşmasına sadiqliyi qeyd olunur. Bu barədə iyulun 4-də Rusiya Prezidenti Vladimir Putin məlumat verib. Məlumatı “İzvestiya.ru” yayıb.

Astanada ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası keçirilir.

O deyib ki, bəyannamədə ŞƏT ölkələrinin qlobal və regional gündəliyin əsas aspektlərinə uyğunlaşdırılmış yanaşmaları əksini tapıb: “Bu, bütün ŞƏT iştirakçılarının Birləşmiş Millətlər Təşkilatının mərkəzi roluna, beynəlxalq hüquqa və suveren dövlətlərin qarşılıqlı faydalı tərəfdaşlıq istəyinə əsaslanan ədalətli çoxqütblü dünya nizamının formalaşmasına sadiqliyini bir daha vurğulayır”, - Rusiya lideri bildirib. 

Onun sözlərinə görə, iclasda ciddi sənədlər və qərarlar paketi hazırlanıb ki, onların icrası ŞƏT-in rolunu və təsirini gücləndirməyə kömək edəcək. Putin Rusiya tərəfinin təşkilat çərçivəsində qarşılıqlı tərəfdaşlıq fəaliyyətinə böyük əhəmiyyət verdiyinə də diqqət çəkib. O qeyd edib ki, qarşılıqlı tərəfdaşlıq fəaliyyəti bərabərlik, bir-birinin maraqlarının nəzərə alınması, mədəni və sivilizasiya müxtəlifliyinə hörmət, kollegial həll yollarının axtarışı, eləcə də təhlükəsizlik sahəsindəki aktual problemlər əsasında mütərəqqi şəkildə inkişaf etməkdə davam edir.

P.ƏMİRCANOV
XQ

Siyasət