A.Mirzoyan: Ermənistan sülh müqaviləsini tam şəkildə yekunlaşdırmağa və bir ay ərzində imzalamağa hazırdır

post-img

Ermənistan Azərbaycan ilə sülh müqaviləsini bir aya tam yekunlaşdırmağa və imzalamağa hazırdır.

AZƏRTAC xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 27-də Tallində Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna ilə birgə mətbuat konfransında deyib.

“Ermənistan və Azərbaycan danışıqlar aparır. Sülh müqaviləsi layihəsinin mətni demək olar ki, yekunlaşmaq üzrədir. Ermənistan sülh müqaviləsini tam şəkildə yekunlaşdırmağa və bir ay ərzində imzalamağa hazırdır. İnanıram ki, Cənubi Qafqazda münaqişə səhifəsini bağlayaraq regiona sülh gətirməklə bunu edəcəyik, bu sülh region ölkələri və onların vətəndaşları üçün faydalı olacaq”, - deyə Mirzoyan bildirib.

Mirzoyan Türkiyə ilə sərhədlərin açılması və diplomatik münasibətlərin bərpasına da münasibət bildirib. Onun sözlərinə görə, Ermənistan Türkiyə ilə münasibətləri tam normallaşdırmağa, diplomatik münasibətləri bərpa etməyə və sərhədləri açmağa hazırdır.

Siyasət