Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa müzakirələri və mətbuat konfransında Azərbaycanın kanak xalqının mübarizəsini dəstəklədiyini söyləyib.
O bildirib ki, Bakı Təşəbbüs Qrupu olaraq bildiririk ki, kanak xalqının müstəqilliyi uğrunda ədalətli mübarizəsini dəstəkləməyə davam edəcəyik: "Biz kanak xalqı ilə tam həmrəy olduğumuzu bəyan edərək, onların seçki qanunvericiliyinin Kanak xalqının iradəsinə zidd dəyişdirilməsinə qarşı ədalətli mübarizəsini dəstəkləməklə bərabər, Fransa hakimiyyəti tərəfindən təklif olunan düzəlişlərin ləğv olunmasını tələb edirik".
Abbas Abbasov qeyd edib ki, öz müqəddəratını təyinetmə hüququ başlıca məsələdir: "BTQ öz xalqının daha yaxşı və ləyaqətli gələcəyi üçün çalışanları dəstəkləyir. "Biz Fransanı kolonial siyasətini dayandırmağa və kanak xalqının öz müqəddəratını təyin etmək hüququnun təmin olunmasına çağırırıq”.
***
Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest “isə bildirib ki, Fransa Yeni Kaledoniyanın təbii ehtiyatlarını tükəndirir.
Nazir qeyd edib ki, Yeni Kaledoniya nikel yataqlarına görə dünyada dördüncü yerdədir və Fransa metropoliyası yüz ildən artıqdır ki, burada hasilatla məşğuldur: “Yalnız 2024-cü ildə biz nikel vergisini tətbiq edə və bu vergilərdən gələn gəlirlər vasitəsilə gələcək nəsil üçün fond yarada bildik”.
M.Forrest deyib ki, bu, aparteid rejiminə yaxın bir rejimdir, burada işləmək, dilimizdə danışmaq, bayıra çıxmaq hüququmuz yox idi. Bütün bunlar kanak xalqına ciddi təsir göstərdi.
XQ