Avropalı parlamentari: Hər bir ölkənin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətlə yanaşılmalıdır

post-img

Azərbaycana ilk dəfədir səfər edirəm. Səfərimin məqsədi ölkənizi yaxından tanımaqdır. Ölkəniz haqqında təsəvvürüm o qədər geniş olmasa da, bilirəm ki, Azərbaycan xalqı çox çətin dövrlər yaşayıb.

Ermənistan tərəfindən ərazilərin işğalı nəticəsində evlərindən didərgin düşmüş insanların çəkdiyi əziyyətlər məni çox kədərləndirirdi. Doğma yurdlarından qovulmuş azərbaycanlıların geri qayıdışı artıq başlayıb və ümid edirəm ki, keçmiş məcburi köçkünlərin hamısı tezliklə öz evlərinə qayıdacaqlar.

Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində ölkəmizdə səfərdə olan Avropa Parlamentinin nümayəndəsi Xaviyer Nart səsləndirib.

“Hər bir ölkənin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətlə yanaşılmalıdır. Bu, bir normadır”, - deyən nümayəndə Cənubi Qafqaz regionundakı mövcud vəziyyətdən danışıb.

Gürcüstanda və Ermənistanda olduğunu deyən nümayəndə bildirib: “Avropa Parlamentinin üzvləri kimi Cənubi Qafqaz regionundakı vəziyyət bizi maraqlandırır. Mənim mövqeyim aydındır. İkinci Qarabağ müharibəsindən əvvəl də, sonra da mövqeyim regionda sülhü, dinc yanaşı yaşayışı, insanlar arasında hörməti ifadə edib”.

Siyasət