Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Almatıda keçiriləcək görüşünü alqışlayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Moskvada keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib.
M.Zaxarova deyib: “Biz mayın 10-da keçirilməsi nəzərdə tutulan bu görüşü alqışlayırıq. Gələcəkdə də Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinə kömək etməyə hazırıq. Xatırladım ki, aprelin 22-də Moskvada Rusiya və Azərbaycan prezidentlərinin danışıqları oldu. Bu gün Rusiya liderinin Ermənistanın baş naziri ilə görüşü olacaq. Bu danışıqların gündəliyində Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi məsələləri var”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva