COP29 dövlətimizin sülhsevər ölkə olduğunu bir daha dünyaya göstərəcək

post-img

Azərbaycanda bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirilib. COP29 kimi beynəlxalq tədbirlərin keçirilməsi isə hər bir dövlətin üzərinə böyük məsuliyyət qoyur. Azərbaycan artıq təşkilatçılıq baxımından əhəmiyyətli təcrübəyə malikdir. Beynəlxalq aləmdə Azərbaycanın müsbət imicinin formalaşmasında Bu tədbirin də əhəmiyyətli rolu olacaq. COP29 dövlətimizin sülhsevər ölkə olduğunu bir daha dünyaya göstərəcək. Ona görə ki, dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, COP29 sülh prosesinin nəticəsidir: “Budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq biz gündəliyə bir neçə əlavə edə bilərik və belə məsələlərdən biri sülh olacaqdır. Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Burada söhbət təkcə COP-dan və ötən dekabrdan getmir. Burada aramızda etimadın yaranmasından söhbət gedir. Çünki ən böyük çağırış qarşılıqlı etimadın olmaması və ya onun çox aşağı səviyyədə olmasıdır. COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir”.

Əminliklə deyə bilərik ki, COP29 da Azərbaycan dövləti tərəfindən böyük müvəffəqiyyətlə keçiriləcək. Bu tədbir 2023-cü ilin noyabrından artıq dünya mediasının gündəmindədir. COP29 haqqında xarici mediada yazıların verilməsi, o cümlədən dövlətimizin də təbliğatına xidmət edir. Artıq eyni zamanda, müxtəlif ölkələrin ətraf mühit və media ilə bağlı qurumları COP29-a dəstək bəyanatları yayırlar.

Ölkəmiz tərəfindən irəli sürülmüş yeni təşəbbüslər tərəfdaş ölkələr tərəfindən qəbul olunub və icra edilməkdədir. Növbəti onilliklər ərzində bu da Azərbaycanın uğurlu və sürətli inkişafını təmin edəcəyinə əsas verir.

Fərid Mustafayev 

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

 



Siyasət