Zalsburq Universitetinin dosenti: Avropada sosial tənəzzülə görə müsəlman miqrantları qınayırlar

post-img

İqlim dəyişmələri, Qərbdə baş verən müharibələr bədbinliyə qapılmağa səbəb olan amillədir. Bütün bu mənfi amillər mədəni və sosial qütbləşməyə səbəb olur. Çox zaman isə problemlərə, sosial tənəzzülə görə müsəlman miqrantları qınayırlar.

AZƏRTAC xəbər verir ki, bu sözləri Zalsburq Universitetinin sosiologiya və insan coğrafiyası kafedrasının dosenti Volfqanq Aşauer Bakıda islamofobiya ilə mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində keçirilən “Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər, müsəlman ümmətində əsas insan hüquqları" mövzusunda plenar iclasda deyib.

O bildirib ki, müsəlmanlara qarşı münasibət çox kasaddır. Qərbi Avropa ölkələrində müsəlmanlara isti münasibət var. Amma Avropa ölkələrinin 30 faizində bu rəftar mənfidir.

“Gənc nəslin müxtəlifliyə daha mədəni münasibəti hiss olunur. Gələcəkdə gənclər müxtəliflik üçün mübarizə aparan əsas qüvvə olacaqlar”, - deyə Volfqanq Aşauer əlavə edib.

Siyasət