Martın 8-də polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdiriblər. Məlumatı DİN mətbuat xidməti verib.
Məlumata görə, paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 ədəd qumbara, 1 alışdırıcı, 4 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və və 84 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də tədbirlər davam etdirilib. Əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd tüfəng aşkar edilərək götürülüb.
P.ƏMİRCANOV
XQ