Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər iki tərəfin Ukrayna nizamlanmasına dair zirvə görüşünün keçirilməsinə razılıq verəcəyi təqdirdə, Moskva-Kiyev sammitini təşkil etməyə hazır olduğunu bildirib. Məlumatı “İnterfaks.ru” verib.
Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib: “Türkiyə Rusiyanın iştirakı ilə sülh sammitinə ev sahibliyi etməyə hazırdır”.
Ərdoğan daha əvvəl ölkəsində Ukrayna ilə bağlı oxşar danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bəyan etmişdi.
P.ƏMİRCANOV
XQ