MDB-nin Baş katibi Baş nazir Əli Əsədova təbrik məktubu ünvanlayıb

post-img

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən bildirilib ki, Sergey Lebedev yenidən Azərbaycanın Baş naziri təyin edilməsi münasibətilə Ə.Əsədova səmimi təbriklərini çatdırıb.

“Əminəm ki, Sizin rəhbərlik etdiyiniz hökümət ölkənin sosial-iqtisadi inkişafı üçün effektiv işləyəcək, həmçinin Müstəqil Dövlətlər Birliyi məkanında hərtərəfli əməkdaşlığın qorunması istiqamətində xətti davam etdirəcək”, - deyə məktubda bildirilib.

S.Lebedev Əli Əsədova cansağlığı, əmin-amanlıq və Azərbaycan xalqının mənafeyi naminə planların və təşəbbüslərin icrasında uğurlar arzulayıb.

Siyasət