KTMT: Ermənistan-Azərbaycan sərhədində münaqişə potensialı yüksəkdir

post-img

KTMT hesab edir ki, Ermənistan-Azərbaycan sərhədində münaqişə potensialı yüksəkdir, vəziyyəti normallaşdırmaq üçün sülh müqaviləsi tələb olunur. Bunu KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov deyib. Məlumatı “Anadolu” verib. 

“Ayrı-ayrı dövlətlər tərəfindən Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin ehtiyatlarına çıxış əldə etmək və özlərini Mərkəzi Asiyaya birbaşa çıxışla təmin etmək cəhdləri var. Bu məqsədlə Ermənistan-Azərbaycan sərhədinin yüksək konflikt potensialından fəal şəkildə istifadə olunur”, - Serdyukov TASS-a bildirib.

Onun sözlərinə görə, vəziyyətin gələcək nizamlanmasında sülh sazişinin bağlanması vacib olaraq qalacaq.

O bildirib ki, Qərb Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Bakı ilə İrəvan arasında münaqişədən sonrakı nizamlanmaya təsir göstərmək üçün istifadə edir: “Ermənistanın təşkilata üzv olmasına baxmayaraq, kənardan gələn cəhdlər münaqişədən sonrakı nizamlanmanın formatına təsir gösrərməkdə davam edir”.

 

P.ƏMİRCANOV

XQ

Siyasət