Oleksiy Buryaçenko: Azərbaycan xalqı layiqli Liderini yenidən seçdi

post-img

Azərbaycan xalqı növbədənkənar prezident seçkilərində İlham Əliyevin vətənpərvərliyinə, gördüyü işlərə cavab verdi və layiqli Liderini yenidən seçdi.

Bu sözləri ukraynalı politoloq, siyasi elmlər namizədi Oleksiy Buryaçenko söyləyib.

O.Buryaçenko bildirib ki, “exit-poll”un nəticələrinə görə, seçkilərdə Prezident İlham Əliyev yenidən böyük səs çoxluğu ilə qalib gəlib.

Yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə İlham Əliyevi təbrik edən politoloq edib: “İlham Əliyevin böyük səs çoxluğu ilə qalib gəldiyini xüsusi qeyd etmək istərdim. Onun ən yaxın rəqibi cəmi təqribən 2 faiz səs toplayıb. Bu göstərici onu göstərir ki, Azərbaycan xalqı öz Liderinə necə böyük dəstək verir. Azərbaycan ərazi bütövlüyünün bərpası üçün uzun zaman sərf etdi, bir neçə ağır döyüş yolu keçdi. Azərbaycan öz arzusuna, istəyinə çatmaq üçün heç də asan yol qət etmədi. Bu uğurun müəllifi İlham Əliyevdir. Düşünürəm ki, Azərbaycan xalqı seçkilərdə İlham Əliyevin vətənpərvərliyinə, gördüyü işlərə cavab verdi. Mən də öz növbəmdə Azərbaycan Prezidentinə yeni uğurlar arzulayıram”.

Siyasət