Professor Xaçikyan: AŞPA indi Azərbaycana mənəvi təzyiq edə bilməyəcək

post-img

Əlbəttə, Ermənistan hakimiyyəti Azərbaycan nümayəndə heyətinin AŞPA-dan çıxarılmasına sevinir. Lakin Azərbaycan nümayəndə heyətinin AŞPA-dan bir il müddətinə çıxarılmasından real heç nə gözləmək olmaz. Ən azından Azərbaycana edilə biləcək mənəvi təzyiqi indi etmək mümkün olmayacaq. Bu, sadəcə olaraq Ermənistana qarşı mənəvi bir jestdir, başqa bir şey deyil. Bunun real nəticəsi yoxdur.

Bunu ABŞ-ın Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan Ermənistan mətbuatına müsahibəsi zamanı deyib.

“ABŞ aydın və səmimi şəkildə bildirir ki, bizim Qafqazda maraqlarımız var, amma həyati maraqlarımız yoxdur. Biz beynəlxalq münasibətləri uşaqcasına düşünürük. Gürcüstanla strateji əməkdaşlığa gəlincə, Gürcüstanın strategiyası Ermənistanla yox, Türkiyə ilə bağlıdır. Gürcüstandan tələb edə biləcəyimiz yeganə şey silahların Ermənistana daxil olması üçün yolların bağlanmamasıdır. Amma bu da mümkün deyil, çünki Türkiyə və Azərbaycan 44 günlük müharibə zamanı yolu bağladıqları üçün buna imkan verməyəcək. Bu yaxınlarda fransızların özləri bildiriblər ki, Gürcüstan ərazisindən keçən “Bastion” zirehli transportyorları bir neçə həftə Gürcüstanda qalıb və buraxılmayıb. Onlara, sadəcə olaraq, icazə verildi, çünki ciddi hərbi texnika hesab olunmur və hansısa ciddi silahlar məsələsində Gürcüstanın buna icazə verib-verməyəcəyini Allah bilir.

Türkiyə dünya üçün önəmli bir ölkədir. Ermənilərə görə, Türkiyə ilə heç kim mübahisə etməyəcək. Ondan əvvəl “Qarabağ”ımız olanda güclü idik, bizi nəzərə alırdılar. İndi bizimlə heç kim maraqlanmır. Biz teatrla, səthi layihələrlə, piarla məşğuluq. Azərbaycan isə real siyasətlə məşğuldur. Ona görə də onlar qalib gəlir, biz isə uduzuruq. Biz mənasız sözlərlə, mənasız hərəkətlərlə məşğuluq”, - deyə Artur Xaçikyan bildirib.

Rizvan FIKRƏTOĞLU
XQ

Siyasət