Məzahir Pənahov: Seçki ilə bağlı bütün proseslərdə qadınlar önəmli rol oynayacaqlar

post-img

Növbədənkənar prezident seçkiləri ilə bağlı silsilə maarifləndirmə tədbirləri davam edir. Biz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə keçirilən bu tədbirə də xüsusi əhəmiyyət veririk. Çünki Azərbaycanda qadınlar həyatımızın bütün sahələrində fəal iştirak edirlər. Ona görə də, seçki ilə bağlı bundan sonrakı bütün proseslərdə qadınlar önəmli rol oynayacaqlar.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və MSK-nın birgə təşkilatçılığı ilə qadınların seçkilərdə fəallığının yüksəldilməsinə həsr olunan dəyirmi masada çıxış edərkən deyib.

M.Pənahov vurğulayıb ki, həm müşahidəçi qismində prosesi izləyən, həm də seçici kimi prosesdə iştirak edən qadınlar fəallıq nümayiş etdirəcəklər.

Siyasət