Nazir: Ermənistanla sülh müqaviləsi ilə bağlı ilk layihə Azərbaycan tərəfindən irəli sürülüb

post-img

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı ilk layihə ölkəmiz tərəfindən irəli sürülüb. Biz başa düşürük ki, məsələnin tarixi var. Burada olduqca çox istiqamət var.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçdiyi mətbuat konfransında deyib.

“Biz hər detalı razılaşdırmağa çalışsaq, bu, çox uzun proses olar. İstəyirik ki, bunun əvəzinə, ciddi fikir ayrılığı yaratmayan, hər iki tərəfin beynəlxalq universal və qarşılıqlılıq prinsipləri əsasında münasibətlərin bazasını formalaşdıran sənəd ortaya qoyulsun, imzalansın”, - deyən nazir əlavə edib ki, sülh müqaviləsinə gedən yol açıqdır, bunu əldə etmək çox real görünür.

Siyasət