Fərid Şəfiyev: Bəzi fransız rəsmiləri Fransanın bu siyasətini dəstəkləmirlər

post-img

Beynəlxalq aləmdə sazişlər bəzən formal xarakter daşıyır. Çünki sülh sazişləri də müəyyən müddətdən sonra pozula bilər.

Bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib.

O bildirib ki, Azərbaycanla Ermənistan arasındakı razılıq, ilk növbədə, münasibətlərin tənzimlənməsinə istiqamətlənib.

“Bəzi fransız rəsmiləri Fransanın hazırkı siyasətini dəstəkləmir. Azərbaycana qarşı mənfi davranış Fransa Prezidentinin və xarici işlər nazirinin təşəbbüsüdür”, - deyən F.Şəfiyev vurğulayıb ki, İranla münasibətlər normaldır, lakin təhlükəsizliklə bağlı bəzi məsələlər həll edilməlidir. Bundan sonrakı proseslər İran tərəfinin addımlarından asılı olacaq.

Siyasət