Erməni politoloq: Fransa Azərbaycan və Türkiyə ilə razılaşmalıdır

post-img

Özümüzü aldatmayaq: Ermənistanda xarici təsir həmişə yüksək olub. Üç onillik ərzində Ermənistan üzləşdiyi problemlərə tamamilə uyğun olmayan bir yol tutub. Bunların nəticəsi kimi, Ermənistanda siyasi böhranlar yaranıb.

“Caliber”in məlumatına görə, bunu Ermənistan mətbuatına müsahibəsində politoloq Akop Badalyan deyib.

“Təbii ki, çoxluq hakimiyyətin dəyişməsini istərdi, lakin bu arzu özlüyündə o demək deyil ki, belə addımlar atmaq olar. Aydın perspektiv olmalıdır. Ermənistanda hakimiyyətdə qalmaq məsələsi xarici mühitdən asılı olacaq və bu gün ölkəmizdə yaranmış vəziyyət hamı üçün sərfəlidir. Bu gün Ermənistanda, doğrudan da, hakimiyyətə gəlib məsuliyyəti öz üzərinə götürmək istəyən siyasi qüvvə yoxdur. Hazırda Ermənistan hakimiyyəti öz bəyanatları ilə bizi illüziyalara qərq edir. İllüziyaların tələsinə düşməmək və fəlakətdən qaçmaq üçün vəziyyəti dəyərləndirməyi bacarmalıyıq”, - deyə Akop Badalyan diqqətə çatdırıb.

Politoloq Nikol Paşinyanın Qərbi regiona cəlb etməyinə də münasibət bildirərək deyib ki, Qərbi Ermənistan maraqlandırmır. A.Badalyan vurğulayıb ki, Cənubi Qafqazda yalnız Türkiyə və Azərbaycanla razılığa gəlinməlidir: “Söhbət Fransadan gedir. Fransa razılaşmalıdır”.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət