Regionda baş verən siyasi dəyişikliklər seçkinin vaxtının irəli çəkilməsini zəruri etdi - RƏY

post-img

“44 günlük müharibədə qazanılmış şanlı Qələbə ilə Prezident İlham Əliyev əsl Müzəffər Ali Baş Komandan olduğunu sübut etdi. Şübhəsiz ki, bu seçkidə də İlham Əliyev xalqın etimadını qazanaraq seçiləcək. Seçkilərin önə çəkilməsi dövlətimizin başçısının xalqa olan inamını göstərmiş oldu. Azərbaycan xalqı hər zaman inkişafa, sabitliyə, tərəqqiyə səs verib”.

Bu fikirləri “Xalq qəzeti”nə politoloq Ramiz Alıyev növbədənkənar prezident seçkilərini şərh edərkən dedi. 

O bildirdi ki, Vətən müharibəsində qazandığımız Qələbə seçkilərin nəticələrinə təsirsiz ötüşməyəcək. Növbədənkənar seçki ilk dəfə bütöv Azərbaycan torpaqlarını əhatə edəcək. Bu seçkinin nəticələri Azərbaycanın gələcək inkişafına, təhlükəsizliyimizə ciddi təsir göstərəcək.

Politoloq dediyinə görə, İlham Əliyev elə bir lider olub ki, prezidentliyi dövründə olduqca böyük işlər görüb. Bütün dövlətlər onun liderliyini dərk edir, siyasi gücünə bələddir: “Bu, təkcə hərb sahəsində deyil, bütün sahələrdə belədir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın işğaldan azad edilməsindən sonra regionda yeni reallıqların yaradılması, demək olar ki, hamı tərəfindən qəbul olunub”.

R,Alıyev qeyd etdi ki, regionda baş verən proseslər, siyasi dəyişikliklər seçkilərin vaxtının irəli çəkilməsini zəruri etdi. 

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət