İcma: Sabiq xarici işlər nazirinin gülünc açıqlamaları Ermənistanın nə üçün uğursuz dövlət olmasını çox yaxşı izah edir

post-img

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bir-birini əvəz edən gülünc açıqlamalar verir.

Bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib.

Qeyd olunub ki, daşnak və irqçi düşüncəli V.Oskanyan reallıqlardan tamamilə uzaq düşüb və özünün uydurduğu paralel dünyada gün keçirməklə məşğuldur. Belə qeyri-ciddi adamın uzun müddət xarici işlər naziri olması Ermənistanın nə üçün uğursuz dövlət olmasını çox yaxşı izah edir.

"V.Oskanyan da ATƏT-in sabiq Minsk qrupu, Tomas de Vaal kimi artıq keçmişdir", - deyə açıqlamada vurğulanıb.

Siyasət