Ramil Həsən: Qərbi Azərbaycan İcması möhkəmliyin və sarsılmaz ruhun göstəricisidir

post-img

Ermənistandan qovulmuş azərbaycanlıların öz vətənlərini geri qaytarmaq hüquqlarını müdafiə etmək üçün kollektiv işin aparılması çox önəmlidir. 1989-cu ildə soydaşlarımızın Ermənistandan kütləvi surətdə qovulması nəticəsində yaradılmış Qərbi Azərbaycan İcması möhkəmliyin və sarsılmaz ruhun göstəricisidir. Bu İcma azərbaycanlıların Ermənistandan sistemli və etnik təmizlənməsinə cavab olaraq yaranıb. Zorakılıq, ayrı-seçkilik ilə müşahidə olunan bu müsibətlər nəticəsində bu gün Ermənistanda azərbaycanlıların mədəni irsi tamamilə silinib.

Bu sözləri “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda keçirilən beynəlxalq konfransın panel müzakirəsində Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən söyləyib.

O bildirib ki, mülkiyyət hüquqlarının bərpası bu qayıdışın həlledici tərəfini təşkil edir. Ermənistan hökuməti bu hüquqların pozulmasında öz rolunu etiraf etməli və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görməlidir.

“Sülh, konstruktiv əlaqə və sarsılmaz prinsiplər ilə bağlı olan gündəliyimiz ədalətə və sülhə sadiqliyimizin sübutudur. Bu, hüquqlarımızın bərpası yolunda apardığımız mübarizəmizdə həmrəylik və dəstəyə çağırışdır. Biz hamı üçün ədalətin və sülhün vacibliyini vurğulamaqla ata baba torpağımıza qayıtmaq hüququmuzun təmin olunacağına inanırıq”,- deyə o qeyd edib.

Siyasət