Ermənistanın sülhə gətirilməsi mütləq baş tutacaq – AÇIQLAMA

post-img

Bəzi ölkələr Ermənistana himayədarlıq adı altında Cənubi Qafqaza ayaq açmağa  çalışırlar. İrəvanın avantürüst siyasəti nəinki öz təhlükəsizliyini, ümumilikdə regionun təhlükəsizliyini risk altına atır. Azərbaycan isə təkcə özünün deyil, ümumən Cənubi Qafqazda sülhün, rifahın, xalqların həmrəyliyinin tərəfdarıdır.

Bu fikirləri Beynəlxalq münasibətlər üzrə analitik Masil Dəmirov Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə beşinci görüşü təhlil edərkən dedi.

Masil Dəmirov qeyd etdi ki, Azərbaycan Ordusunun parlaq qələbəsilə başa çatmış Vətən müharibəsindən sonra da Azərbaycan tərəfi dözüm, humanistlik nümayiş etdirdi ki, münaqişə bitsin. Məğlub Ermənistan tərəfi isə həmişə təxribatçı  mövqedən çıxış edib. Təbii ki, İrəvanın belə davranışına Ermənistandakı siyasi qeyri-sabitlik və xarici qüvvələrin qonşumuzun daxili və xarici siyasətinə qarışması səbəb olur. 

Analitikin fikrincə, Azərbaycan üçün sərhədlərin müəyyənləşdirilməsi ən vacib məsələlərdən biri olub: “Dünən sərhəddə keçirilmiş görüş də bu məqsədi daşıyırdı. Sülh sazişinin imzalanmasına ümidverici amillər var və bu baxımdan Ermənistanın sülhə gətirilməsi mütləq baş tutacaq. Ermənistan məğlub tərəf olmaqla yanaşı, həm də xeyli güzəştlər istəyir. Lakin bu, bizim tərəfimizdən mümkün deyil”.

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət