Ermənistan Qərbi azərbaycanlılara qarşı uzun illər ərzində soyqırım və deportasiya cinayətləri törədib

post-img

Qərbi azərbaycanlılara qarşı Ermənistan tərəfindən uzun illər ərzində aparılmış soyqırım və deportasiya cinayətləri ilə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqrım), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib) və 120.2.4, 120.2.7-ci (adam öldürmə) maddələri ilə cinayət işi başlanılıb.

Bu fikirləri Azərbaycan baş prokurorunun müavini Elmar Camalov "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi"nə həsr olunmuş konfrans zamanı dedi. 

“Eyni zamanda 1988-ci ildən başlayaraq 1-ci Qarabağ müharibəsi dövründə  qanunsuz erməni silahlı hərbi birləşmələri tərəfindən Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində yaşayan Azərbaycan xalqından olan yerli əhalinin qanuni yerləşdiyi yerlərdən məcburi hərəkətlərlə didərgin salınması, yaşayış məntəqələrində və dövlət obyektlərində mülkiyyətin talanması və dağıdılması, azərbaycanlı əsir və girovlara dəhşətli işgəncələr verilməsi, onların bir qisminin öldürülməsi və şikəst edilməsi, habelə ermənilərin törətdikləri adam öldürmə, təxribat, terrorizm və başqa xüsusilə ağır cinayət hadisələri ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 103, 107, 115.2 və digər maddaləri ilə ibtidai istintaq aparılmaqdadır”, - deyə Azərbaycan baş prokurorunun müavini qeyd edib. 

Elmar Camalov onu da vurğulayıb ki, həmin cinayət işinin çərçivəsində Xocalı soyqırımı, Qazax rayonunun Bağanis-Ayrım kəndində, Xankəndi şəhəri Kərkicahan qəsəbəsində, Əsgəran rayonu Meşəli kəndində, Xocavənd  rayonunun Qaradağlı kəndində və digər soyqırım, kütləvi qətl, deportasiya faktları, əsirlikdə olan şəxslərə qarşı işgəncə və qeyri-insani rəftarla və erməni qəsbkarların törətdikləri digər qəddar cinayətləri, o cümlədən sülh-insanlıq və müharibə cinayətləri tam sübuta yetirilib. 

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət