Separatçı general Laçın yolunda saxlanıldı

post-img

Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki “müdafiə naziri” Levon Mnatsakanyan Azərbaycanın hərbçiləri tərəfindən saxlanılıb.

“Caliber” xəbər verir ki, bu barədə Ermənistanın “Vətəndaş şüuru” ictimai təşkilatının prezidenti Narek Samsonyan Facebook səhifəsində məlumat verib.

“General-leytenant Levon Mnatsakanyan Qarabağdan Ermənistana gedən Laçında yerləşdirilən nəzarət-buraxılış məntəqəsində azərbaycanlılar tərəfindən əsir götürülüb.

Şübhə etmirəm ki, həm general Mnatsakanyan, həm də Ruben Vardanyan birbaşa xain rejimin (Paşinyan hökumətini nəzərdə tutur – red. ) sifarişi ilə ələ keçirilib”, – politoloq yazır.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət