Avropalı deputatlar üçün təcavüzkarla təcavüzə məruz qalanın heç bir fərqi yoxdur

post-img

Onlar “yaxşı və pis separatçı” üzərində baş sındırırlar

Avropa Şurası Parlament Assambleyasının Hüquqi məsələlər və insan hüquqları komitəsinin Parisdə keçirilən iclasında Azərbaycanın Qarabağ iqtisadi rayonu ilə bağlı müzakirələr aparılıb. İclasda AŞPA Bürosu ilə əlaqə saxlamaq qərara alınıb. Qərarda AŞPA-nın oktyabr ayında keçiriləcək payız sessiyasında Qarabağdakı humanitar problemlərin (?) təcili müzakirəsini təşkil etmək öz əksini tapıb. Bundan əlavə, Avropa Şurasına üzv dövlətlər tərəfindən öhdəliklərin yerinə yetirilməsinə nəzarət edən monitorinq, həmçinin miqrasiya, qaçqınların və köçkünlərin işləri üzrə komitələrin Qarabağdakı vəziyyətlə bağlı birgə dinləmələrinin təşkili də nəzərdə tutulub.

Qeyd edək ki, ermənilər hazırda bü­tün beynəlxalq təşkilatlardan, platfor­malardan Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Onlar bəzi hallarda özlərinin əsassız iddialarını bu təşki­latların gündəliyinə daxil etməyə nail olurlar. İndi AŞPA ilə bağlı baş verənlər də bunlardan biridir. AŞPA-da, Avro­pa Parlamentində həm maddi maraq müqabilində, həm də xristian həmrəyli­yindən çıxış edərək ermənilərə lobbiçi­lik edən çoxlu deputat var. Erməni lob­bisi hazırda satın aldığı bu cür şəxsləri hərəkətə gətirməyə çalışır. Onlar da müxtəlif tədbirlərdə çıxış etməklə, sosi­al media hesablarında paylaşımları ilə haylara olan, necə deyərlər, borclarını ödəməyə çalışırlar. Ancaq bu zaman pul onların gözlərini elə tutur ki, az qala müzakirələrin aparılmasının nə dərə­cədə doğru olub-olmadığını unudurlar.

AŞPA-da təmsil olunan deputatlar nəzərə almalıdırlar ki, söhbət Azərbay­canın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsindən gedir. Bu ərazilərin Azərbaycana məxsus oldu­ğunu bütün dünya, elə Ermənistanın baş naziri də tanıyır. Qarabağla bağlı baş verən hər şey Azərbaycanın daxili işidir. Təbii ki, Qarabağdakı ermənilə­ri, necə deyərlər, heç kim asıb-kəsmir, iftiraların əksinə olaraq “etnik təmiz­ləməyə”yə məruz qoymur. Əksinə, Azərbaycan Qırmızı Aypara Cəmiyyəti “humanitar böhran”a məruz qalanlara yardım üçün iki yük maşını göndərib. Rəsmi Bakı Rusiya Qızıl Xaç Cəmiy­yətinin yardım daşıyan maşınının ölkə ərazisindən keçidini təmin edib. Ancaq ermənilər yenə də inad edərək, Azər­baycandan gedən yardımı qəbul etmək istəmirlər. Təbii ki, bu da onların şəxsi seçimidir. Ümumiyyətlə, ermənilər Qa­rabağda yaşayıb-yaşamamaq məsələ­sində sərbəstdirlər. Heç kim onların Ermənistana, oradan da dünyanın istə­nilən ölkəsinə gedişini qadağan etmir. Ancaq Qarabağda yaşayacaq haylar Azərbaycan vətəndaşlığını qəbul et­məlidirlər. Dünyanın bütün ölkələri ərazi bütövlüyü, separatçılıq məsələ­sində olduqca həssasdırlar. Elə AŞPA-da müzakirələr aparan depu­tatlar da ölkələrində bu cür təzahürlər baş verərsə, ona dözümsüz olacaqlar. Görünür ki, avropalı parlamentarilər də bir sıra qərəzli ermənipərəst şəxskər kimi, “yaxşı və pis separatçı” məntiqin­dən çıxış edirlər. Ancaq onların qərar çıxarması, hansısa çağırışlar etməsi haqlı Azərbaycan dövlətinin iradəsini sarsıda bilməz. Azərbaycan öz ərazi bütövlüyünü tam bərqərar etməkdə və etnik separatizm ocağını tamamilə söndürməkdə qərarlıdır. Bunu AŞPA deputatlarının da anlaması lazımdır.

Yeganə HACIYEVA,
politoloq

– Qarabağ münaqişəsinin möv­cud olduğu 30 ilə yaxın müddətdə Avropa Şurasının atdığı addımlar reallığa və regional təhlükəsizliyin prioritetlərinə uyğun deyildi. Hərçənd ki, şuranın təhlükəsizlik strategiyası təhlükəsiz Avropa qurmaq naminə əməkdaşlıq etmək üzərində qurulub. Reallıqda isə həmin strategiyanın tətbiqi üçün AŞPA-nın qəbul etdiyi qərarlar yanlışdır. AŞPA-nın siyasi qərarları, sənədləri obyektiv və təh­lükəsizliyə təhdidlərlə bağlı düzgün qiymətləndirmə aparılmadan qəbul olunur. Xüsusilə, böhran və mü­naqişəli zamanlarda Avropa Şurası­nın səyləri vəziyyətin həlli üçün ümu­miyyətlə, yararsızdır. Çünki Avropa Şurasının mövqeyi təcavüzkarla tə­cavüzə məruz qalan tərəfi eyniləşdir­mək üzərində qurulub. Bu isə ədalət­siz yanaşma ortaya qoymaqdır.

Azərbaycan AŞPA-nı qarşılıqlı hörmət, faydalılıq və bərabər əsas­larda üzv ölkələrdən olan həmkar­larla dialoq, müzakirələr aparmaq, etimad səviyyəsini artırmaq, demok­ratiya, insan hüquqları və qanunun aliliyi prinsiplərini inkişaf etdirmək üçün vacib format hesab etsə də, qu­rumun Ermənistanın manipulyasiya­sının girovuna çevrildiyi göz önündə­dir. AŞPA-nın təşkilatın maraqlarına deyil, Ermənistanın milli maraqları­na və erməni lobbisinin mənafeyinə xidmət etdiyini sübut edən xeyli nümunələr çəkmək mümkündür. Erməni lobbisinin sifarişi əsasında AŞPA-nın post-müharibə dövründə­ki fəaliyyəti Ermənistan tərəfindən Azərbaycana yönəlik nifrətin qızışdı­rılmasına, həmçinin nifrət zəminində cinayətlərin artmasına motivasiya verir. AŞPA Avropa Şurasında təh­lükəsizliyin gücləndirilməsinə töhfə vermək, üzv dövlətlər arasında eti­mad səviyyəsini artırmaq, demokra­tiya, insan hüquqları, qanunun aliliyi prinsiplərini müdafiə etmək, bir söz­lə, sülhə və sabitliyə xidmət missi­yasını həyata keçirmək istəyirsə, ilk növbədə, obyektiv və neytral mövqe sərgiləməlidir.

Səxavət HƏMİD
XQ



Siyasət