İcma: Alman naziri başqalarının Cənubi Qafqaza gətirmək istədiyi təhlükəli geosiyasi rəqabət ssenarisində yer almamağa çağırırıq

post-img

Almaniyanın xarici işlər naziri ya belçikalı və kanadalı həmkarları kimi böyük bir ölçüdə məsələlərin mahiyyətindən xəbərsizdir, ya da bəzi islamofob, azərbaycanofob Qərb mediasının təsiri altındadır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının Almaniyanın xarici işlər nazirinin avqustun 31-də yaydığı bəyanata cavabında əksini tapıb.

Bildirilib ki, Almaniya kimi bir ölkənin keçmiş münaqişəyə dair öz mövqeyinin olmaması, başqalarının prizmasından çıxış etməsi çoxlu suallar doğurur. Yəqin ki, buna görə, Almaniya bütün günü beynəlxalq hüquqdan, qanunun aliliyindən, insan hüquqlarından danışmasına baxmayaraq, Azərbaycan ərazilərinin işğalına son qoyulması üçün Ermənistana çağırış etməyib, bu ölkədən deportasiya edilmiş azərbaycanlıların qayıdışı, hüquqları məsələsinə toxunmayıb.

“Alman naziri, ölkəsinin başqalarının Cənubi Qafqaz regionuna gətirmək istədiyi təhlükəli geosiyasi rəqabət ssenarisində yer almamağa çağırırıq”, - deyə Qərbi Azərbaycan İcmasının cavabında vurğulanıb.

Siyasət