Paşinyanın Azərbaycan əleyhinə fikirləri tamamilə əsassızdır

post-img

Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən hökumətin 6 iyul tarixli iclasında Azərbaycan əleyhinə beynəlxalq ictimaiyyət arasında yanlış təəssürat yaratmaq məqsədi daşıyan fikirləri tamamilə əsassızdır.

Bu fikirlər Azərbaycanın Xarici İş­lər Nazirliyinin yaydığı məlumatda yer alıb. Məlumatda deyilir: “Ermənistan tərəfinin beynəlxalq hüququn norma və prinsiplərinə və üçtərəfli Bəyanat çər­çivəsində öhdəliklərinə uyğun olaraq erməni qüvvələrini Azərbaycan ərazilə­rindən çıxarmaq əvəzinə, ərazimizdə mövcud olan silahlı qüvvələrin Ermə­nistana məxsus olmadığına dair işğal dövründə səsləndirilən iddiaların tək­rarlanması bu ölkənin yanlış siyasətdən əl çəkmədiyini göstərir.

Ermənistan Respublikasının Mü­dafiə Nazirliyinin komandanlığı altında fəaliyyət göstərən və Ermənistan məh­kəmələri tərəfindən məhkum olunan silahlı qüvvələrin Ermənistana məxsus olmadığını iddia etmək heç bir məntiqə sığmır.

Azərbaycanın ərazilərini işğal al­tında saxlamaqla və qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürməklə özü­nü blokadada saxlayan Ermənistanın Azərbaycanın kommunikasiyaların açılmasında maraqlı olmadığını iddia etməsi və üçtərəfli Bəyanata zidd ola­raq Ermənistanın Naxçıvana maneəsiz keçidi təmin etməkdən imtina etməsi Ermənistanın öhdəliklərini heçə saydı­ğını nümayiş etdirir. 

Ermənistan tərəfi, həqiqətən, sül­hdə maraqlıdırsa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə yalnız söz­də deyil, əməldə də riayət etməli, böl­gədə sülh və təhlükəsizliyə təhdid olan erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən dərhal çıxarmalıdır”. 

“Xalq qəzeti”

Siyasət