Ceyhun Bayramovun xarici həmkarları ilə görüşləri

post-img

İyulun 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının koordinasiya bürosunun nazirlər görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdə olan xarici həmkarları ilə görüşlər keçirib.

Esvatini Krallığının turizm və ətraf mü­hit naziri Moses Vilakati, Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abşir Ömər Cama, Uqanda Respublikasının xarici işlər naziri Cece Odonqo, Nikaraquanın xarici işlər naziri Denis Ronaldo Monkada Colind­res, Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynik, Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Narayan Prakaş Saud, Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ilə söhbətlər zamanı Qoşulmama Hərəkatının Bakı nazirlər görüşündə səs­lənmiş müddəalar, qəbul edilmiş qərarlar, ikitərəfli münasibətlərin aktual məsələləri diqqət mərkəzində olmuşdur.

Xarici nazirlər Azərbaycanın Qoşul­mama Hərəkatına uğurlu sədrliyini məm­nunluqla qeyd ediblər. Görüşlər zamanı tərəflər digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib. Nazirlər siyasi məsləhətləşmələrin vacibliyini vurğulayıb­lar.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Somali Federativ Res­publikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Me­morandumu imzalanıb.

“Xalq qəzeti”

Son xəbərlər