“Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” mövzusunda dəyirmi masada yekun Bəyanat imzalanıb

post-img

Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində iyulun 6-da Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşəbbüsü ilə “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanın yekunlarına dair bəyanat qəbul edilib.

Bütün dünyada müstəmləkəçiliyə mə­ruz qalan xalqlara, xüsusilə Karib adala­rı, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı son fransız müstəmləkələ­rinə həsr olunmuş bu tədbir bütün maraqlı tərəflərə Fransa dövlətinin müstəmləkəçi­lik siyasətinin müvafiq ölkələrdə fəsadla­rına dair fikir mübadiləsi aparmağa imkan verdi.

Əslində, bütün qitələrdən 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı bey­nəlxalq hüququn fundamental prinsipləri, eləcə də “Bandunq prinsipləri” və xalqla­rın mənafeyi əsasında müstəmləkəçiliyə qarşı mübarizədə qlobal platforma kimi hələ də müstəmləkə hökmranlığına qar­şı mübarizə aparan xalqları dəstəkləmək üçün yeni məqsədlər müəyyənləşdirməyi özünə borc bilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşəbbüsü ilə Martinika, Qa­yana, Yeni Kaledoniya, Fransız Polinezi­yasının müstəqillik tərəfdarları və GFLM alyansının katibliyi (Groupe Fer de Lan­ce Mélanésien) Qoşulmama Hərəkatının müstəmləkəçi və neokolonial təcrübələrə qarşı mübarizədə prinsipial mövqeyinin etibarlılığını bir daha təsdiqləyib və vurğu­layıblar.

Azərbaycan Respublikasının paytaxtı Bakıda müxtəlif dekolonizasiya hərəkat­larının fikir mübadilələri nəticəsində bu xalqların gələcəyini, hətta uzunmüddətli perspektivdə sağ qalmalarını təhdid edən müstəmləkəçilik siyasətinin zərərli olduğu vurğulandı:

– Qayanada sosial vəziyyət xüsusilə pisləşir, əhalinin 50 faizindən çoxu yoxsul­luğun astanasındadır və işsizlik 30 faizdir; təbii sərvətlər talan edilir və torpaqların 90 faizi Fransa dövlətinin şəxsi mülkiyyətin­dədir.

– Martinika və Qvadelupa iki böyük fəlakətlə üz-üzədir: gizli məskunlaşma strategiyalarının bir hissəsi olan əvəzet­mə yolu ilə soyqırımı, təbii ekosistemlərə və əhalinin sağlamlığına ciddi şəkildə tə­sir edən xərçəngin rekord göstəriciləri ilə xlordekon zəhərlənməsi.

– Yeni Kaledoniyada Kanak və Sosia­list Milli Azadlıq Cəbhəsi (FLNKS) 2021-ci ildəki 3-cü referenduma etiraz edir və müstəmləkə altına salınmış Yeni Kaledo­niya xalqının müstəqil olmaq hüququnu bir daha təsdiqləyir.

– Polineziya indi tamamilə dekoloni­zasiya perspektivi ilə məşğuldur və cənab Oskar Temarunun rəhbərlik etdiyi “Tavini huiraatira no te Ao Maohi” partiyası Qo­şulmama Hərəkatında müşahidəçi statu­su almaq istəyir.

Daha geniş mənada, Afrika Mundus sferasının qeyri-hökumət diplomatik şə­bəkəsi tərəfindən dəstəklənən, Bakıda olan anti-müstəmləkəçi hərəkatlar həm afroəsilli insanlara, həm də yerli xalqlara təsir edən müstəmləkə cinayətlərinə görə kompensasiya tələb edirlər.

Onlar dünya ölkələrini, eləcə də bey­nəlxalq təşkilatları, o cümlədən BMT-ni özlərinin fundamental hüquqlarına hörmə­tin təmin edilməsinə yönəlmiş addımları dəstəkləməyə çağırırlar.

Onlar xalqlar arasında qlobal əmək­daşlığa, xalqların bərabərliyinə və suve­renliyinə hörmətə əsaslanan beynəlxalq münasibətlərə yeni yanaşma formalaş­dırmaq məqsədilə xalqlarının tam azad edilməsinə, müstəmləkəçiliyin kökünün kəsilməsinədək mübarizələrini davam et­dirməyi və gücləndirməyi öhdələrinə gö­türürlər.

Tərəflər Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradıl­ması barədə razılığa gəliblər və əmək­daşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.

Bəyanatı Beynəlxalq Münasi­bətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Yeni Kaledoniyada Kanak və Sosialist Milli Azadlıq Cəbhəsindən Rok Vamytan və Maqali Tinqal, Deko­lonizasiya və Sosial Emansipasiya Hərəkatından Moris Pindard, Sindi Polüks, Jan-Viktor Kastor, Mar­tinikanın Azadlığı Partiyasından Fransis Karol, Suveren Martinika Uğrunda Demokratlar və Ekoloq­lar Hərəkatından Klodet Düamel, “Tavini Huiraatira no te Ao Maohi” partiyasından Oskar Temaru, An­toni Geros, Leon Tefo, Ella Tokara­gi, "Africa Mundus”dan Emmanuel Arqo və Edvin Daiti imzalayıblar.

Siyasət