XİN: Azərbaycan Fransadan AzTV-nin çəkiliş qrupuna hücum edənlərin tez bir zamanda müəyyən edilərək cəzalandırılmasını gözləyir

post-img

Azərbaycan Xarici İşlər Nazirliyi Fransada azərbaycanlı jurnalistlərə qarşı hücumu kəskin şəkildə pisləyir.

“Jurnalistlərə qarşı törədilən bu xain hücumun qısa müddət ərzində Fransa hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını, cinayətkarların müəyyən edilərək cəzalandırılacağını gözləyirik”, - XİN “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, Fransada “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşları çəkiliş zamanı hücuma məruz qalıb. Nəticədə reportyor və operator yüngül xəsarət alıb, kamera isə zədələnib. AzTV əməkdaşları kameranın geri qaytarılmasını tələb etdikdə onları silahla hədələyiblər.

Xatırladaq ki, bundan əvvəl Fransada etirazlar Parisin İle-de-Frans əyalətinin Nanter qəsəbəsində yol polisinin əmrinə tabe olmayan 17 yaşlı qaradərili yeniyetmənin öldürülməsindən sonra başlayıb.

"Xalq qəzeti"

Siyasət