Şalva Papuaşvili: Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak etməkdən şərəf hissi keçiririk

post-img

Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak etməkdən şərəf hissi keçiririk. Ümummilli Liderin Azərbaycanın hərtərəfli inkişafında böyük rolu olub, məhz onun rəhbərliyi ilə strateji layihələr həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə deyib.

Vaxtilə Ulu Öndərin atdığı müdrik addımların Azərbaycanın gələcəyi üçün böyük önəm daşıdığını vurğulayan Şalva Papuaşvili iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulması işində şəxsən Azərbaycan Prezidentinin roluna görə minnətdarlığını bildirib.

Gürcüstan parlamentinin sədri ölkələrimizin həyata keçirdiyi birgə layihələrin əhəmiyyətinə toxunaraq bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın Qara dənizin dibi ilə elektrik xəttinin çəkilişi layihəsini, həmçinin Azərbaycanla olan tərəfdaşlarla birlikdə Qara dənizin dibi ilə sualtı fiber-optik kabel xətti kimi irimiqyaslı layihələrin həyata keçirildiyini qeyd edib.

Qonaq Azərbaycanın və xalqımızın Gürcüstan üçün çətin dövrlərdə ölkəsinin ərazi bütövlüyünü dəstəklədiyini yüksək qiymətləndirib.

Siyasət