“Dünya Zəngəzur dəhlizini çəksin və yolun idarəçiliyi Ermənistana verilsin”
Böyük-kiçik hamısı dəhşətli dərəcədə xəstədir. Elə bir siyasətçi, diplomat, savadlı-savadsız erməni yoxdur ki, hansısa yazısında, danışığında normal bir cümlə işlətsin. Ermənilik xəstəliyi hamısının təfəkkürünə məhvedici təsir göstərib.
Arminfo.am erməni xəbər saytı yazır ki, bu gün – martın 25-də xarici işlər naziri Ararat Mirzoyan parlamentdə rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti barədə hesabat verərkən Ermənistanın olduqca qısa müddətdə regiondakı bütün nəqliyyat infrastrukturunun blokadadan çıxarılması prosesinə hazır olduğunu söyləyib.
Aleksandr Avanesovun hazırladığı həmin materialı olduğu kimi tərcümə edərək oxucuya təqdim edirik: “Nazirin sözlərinə görə Çin Xalq Respublikası bizim regiondakı nəqliyyat-logistika infrastrukturunun inkişafında maraqlıdır. Məlumdur ki, Pekin “Orta dəhliz” kimi tanınan TransXəzər beynəlxalq nəqliyyat dəhlizinin açılmasına daha çox maraq göstərir ki, Çin özü də bu dəhlizdən istədiyi şəkildə istifadə etsin.
Ararat Mirzoyan Azərbaycan və Türkiyənin yaratmaq istədiyi Zəngəzur dəhlizi adlandırılan ( sən insanda şərəfsizliyin dərəcəsinə bax ki, o boyda layihəni “tak nazıvaemıy” adlandırır) layihə haqqında danışarkən deyib ki, Ermənistanın bu məsələ ilə bağlı mövqeyi dəyişməz olaraq qalır: “Yerevan ən qısa müddətdə regiondakı bütün nəqliyyat infrastrukturlarının – o cümlədən, Ermənistan ərazisindən keçən yolların da blokadadan çıxarılması prosesinə hazırdır. Amma bütün bu yol və infrastrukturlar Ermənistan qanunları ilə idarə olunmalı və Ermənistanın suverenliyinə xələl gətirməməlidir”.
Mirzoyan əlavə edib ki, Ermənistan “Şimal-Cənub” və “Şərq –Qərb” nəqliyyat layihələrinin bir hissəsi olmaqda maraqlıdır. Ən azı erməni tərəfi daim, bütün danışıqlar prosesində konstruktivlik nümayiş etdirir.
... Münasibət bildirməmək mümkün deyil. Çünki bu dəli diplomat istəyir ki, Şanxaydan Londona qədər uzanan yolun üstündəki bütün dövlətlər vəsait və vaxt sərf edərək möhtəşəm bir iqtisadi layihəni reallaşdırsınlar, sonda isə həmin dəhlizin idarə olunmasını qaçaq, quldur, terrorçu, işğalşı, qarətçi, vəhşi, barbar hay sürüsünə etibar etsinlər.
Bunların bütün fəaliyyəti, hətta mövcudluqları da məhz belə – uydurma, xəyali, cəfəng, obyektivlikdən uzaq prinsiplər üzərində qurulmuşdur. Bu düşüncə sahibləri ilə necə danışmaq, işləmək mümkündür?
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”