Prezident: Gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qazı yox, yaşıl enerjini ixrac edən ölkəyə çevriləcək

post-img

Azərbaycanın çox geniş bərpaolunan enerji potensialı var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib.

Artıq bir neçə kontraktın imzalandığını vurğulayan dövlətimizin başçısı bildirib: “Əminəm ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini ixrac edən ölkəyə çevriləcəkdir”.

Siyasət