Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

post-img

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 10, maddə 1147) ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın 9-cu hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 9.1.2.1-ci, 9.1.3.3-cü və 9.3.5.5-ci abzasların “Əsas icraçılar (fəaliyyət istiqamətlərinə uyğun olaraq)” sütununda “ETSN” akronimi “ADSEA” akronimi ilə, “Digər icraçılar” sütununda “ADSEA” akronimi “ETSN” akronimi ilə əvəz edilsin.

2. 9.1.3.2-ci abzasın “Tədbirin adı” sütununda “su mənbələri ehtiyatlarının iqlim amilləri ilə uzlaşdırılması” sözləri “iqlim amilləri nəzərə alınmaqla su ehtiyatlarının qiymətləndirilməsi” sözləri ilə, “Əsas icraçılar (fəaliyyət istiqamətlərinə uyğun olaraq)” sütununda “ETSN” akronimi “ADSEA” akronimi ilə və “Digər icraçılar” sütununda “ADSEA” akronimi “ETSN” akronimi ilə əvəz edilsin.

3. 9.2.3.4-cü, 9.2.3.5-ci, 9.3.1.2-ci, 9.3.1.3-cü və 9.3.3.6-cı abzasların “Digər icraçılar” sütunundan “ETSN,” akronimi çıxarılsın.

4. 9.4.1.1-ci və 9.4.1.2-ci abzasların “Əsas icraçılar (fəaliyyət istiqamətlərinə uyğun olaraq)” sütunundan “ETSN,” akronimi çıxarılsın və “Digər icraçılar” sütununa “XİN,” akronimindən sonra “ETSN,” akronimi əlavə edilsin.

5. 9.4.5.1-ci abzasın “Əsas icraçılar (fəaliyyət istiqamətlərinə uyğun olaraq)” sütununa “ETSN” akronimindən sonra “, “ADSEA” akronimi əlavə edilsin və “Digər icraçılar” sütunundan “ADSEA,” akronimi çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 mart 2026-cı il

Sərəncamlar