Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilsin:
“2-ci dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi
Orxan Faiq oğlu Nəzərli – Dövlət Vergi Xidmətinin rəisi
“3-cü dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi
Nicat Şükür oğlu İmanov – Vergi siyasəti baş idarəsinin rəisi
Abbas Cəlil oğlu İsmayılov – Vergi auditi baş idarəsinin rəisi
Səməd Ədil oğlu Vəliyev – 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 fevral 2026-cı il

