Azərbaycan kino işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

post-img

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü və 32 ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Cilqamlı Rəmziyə Əkrəmovna

Quliyeva Gülşən Rəsul qızı

Məmmədov Rövşən İsax oğlu

Nəcəfov Bayram Hidayət oğlu

Yunusov Ədalət Məmməd oğlu.

2. Azərbaycan kinematoqrafiyasının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Qurbanova Firəngiz Ağa Dadaş qızı

Rüstəmov Akif Zabi oğlu.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 avqust 2024-cü il

Sərəncamlar