Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

post-img

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 874-VIQ nömrəli Qanununa uyğun olaraq qərara alıram:

1. Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasından Rəhbər Azərbaycan Respublikasının iqtisadiyyat naziri, alternativ Rəhbər isə Azərbaycan Respublikasının maliyyə naziri təyin edilsin və onlara həmin Fondda Azərbaycan Respublikasını təmsil etmək səlahiyyəti verilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 aprel 2024-cü il

Sərəncamlar