Prezident İlham Əliyev: Biz iki lider kimi Azərbaycan və Gürcüstan arasında dostluq, qardaşlıq əlaqələrini gücləndiririk

post-img

Biz iki lider kimi ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndiririk, möhkəmləndiririk.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib.

Ənənəvi görüşlərin ölkələrimizin bir-birinə daha yaxın olması, xalqlarımızın bir-biri ilə daha sıx dostluq etməsi məqsədinə xidmət etdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz üçün vacibdir, eyni zamanda, bölgə üçün, o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib şərtdir”.

Rəsmi xronika