25 avqust 2025-ci il saat 10.00-da “Sumqayıt Ərzaq-73” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Ümumi yığıncağın gündəliyi:
1. ASC-nin ayırılma şəklində yenidən təşkili.
2. Ayırılma şəklində yenidən təşkil edilən ASC-nin bölünmə balansının təsdiq olunması və ayırılmış əmlakın təhvil verilməsi.
3. ASC-nin bölünməsi nəticəsində yenidən təşkil edilən MMC-nin təsis olunmasına və nizamnamə kapitalının formalaşmasına razılığın verilməsi.
4. ASC-yə məxsus səhmlərin bir hissəsinin ləğv edilməsi və dövriyyədən çıxarılması.
5. Digər məsələlər.
Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün həftənin iş günləri saat 10.00-dan-17.00-dək cəmiyyətin icra orqanının rəhbərinə müraciət edə bilərlər.
Əlaqə nömrəsi (050) 345-57-08.
Ünvan- Sumqayıt şəhəri, 17-ci mikrorayon 62.