“Gilan Qəbələ Aqrotexservis” ASC səhmdarlarının nəzərinə!

post-img

30 may 2025-ci il saat 11.00-da “Gilan Qəbələ Aqrotexservis” ASC səhmdarlarının illik ümumi yığıncağı Qəbələ rayonunun, Hacallı kəndində, “Gilan Qəbələ Aqrotexservis” ASC-nin binasında keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

1. ASC-nin 2024-cü ilin yekunlarına dair maliyyə hesabatının müzakirəsi və təsdiqi.

2. ASC-nin istifadəsində olan torpaq sahəsinə dair hüquqların üçüncü şəxslərə ötürülməsi.

3. ASC-nin təşkilati-hüquqi formasının dəyişdirilərək MMC-yə çevrilməsi.

4. Digər cari məsələlər.

Səhmdarlar illik ümumi yığıncağın gündəliyinin materialları ilə ümumi yığıncaq zamanı tanış ola bilərlər.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hər bir səhmdar ümumi yığıncaqda iştirak hüququnu özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirə bilər. Sonuncu halda nümayəndənin səlahiyyəti qanunvericiliklə müəyyənləşdirilmiş formada tərtib olunmuş etibarnamə ilə təsdiq edilməlidir.

 

Reklam və elan