14 sentyabr 2024-cü il, saat 10.30-da “Montin Bazar” ASC səhmdarlarının növbəti ümumi yığıncağı cəmiyyətin yerləşdiyi ünvanda keçiriləcəkdir.
Ümumi yığıncağın gündəliyi:
1. 2023-cü ilin İllik maliyyə balansının təsdiq edilməsi.
2. Səhmdarların 29 iyun 2023-cü il tarixli ümumi yığıncağının qərarlarının və onun nəticələrinin ləğv edilməsi.
3. Cəmiyyətin müşahidə şurasının, icra orqanının və təftiş müfəttişinin seçilməsi.
4. Digər məsələlər.
Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün və hər hansı sualla bağlı iş günləri, saat 10.00-dan 13.00-dək cəmiyyətin ləğvetmə komissiyasına müraciət edə bilərlər.
Yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Əlaqə telefonu– 055-792-42-58.
Ünvan– Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 8/9.
Ləğvetmə Komissiyası