Bakı Biznes Universiteti aşağıda qeyd olunan vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

post-img

1. “Ali riyaziyyat” kafedrasının müdiri – 1 yer.

2. “Mühasibat uçotu” kafedrasının müdiri – 1 yer.

3. “Dillər” kafedrasının müdiri – 1 yer.

4. “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı – 1 yer.

Müsabiqədə iştirak etmək istəyən namizədlərin sənədlə­ri bu elan dərc olunan gündən bir ay müddətində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək Bakı Biznes Universitetinin “İnsan resursları” şö­bəsində (ümumi şöbə) qəbul edilir.

Namizəd aşağıdakı sənədləri təqdim etməlidir:

– ərizə;

– kadrlar uçotunun şəxsi vərəqəsi;

– tərcümeyi-hal;

– ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri;

– elmi və elmi-metodiki işlərin siyahısı;

– kafedra müdirinin və fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı 3-5 səhifədən ibarət platforması.

Müsabiqə aşağıdakı ümumi şərtlər əsasında aparılır:

1. Kafedra müdiri vəzifəsinə kafedrada kadr hazırlığı aparılan ixtisaslara uyğun namizədlər müraciət edə bilərlər.

2. Dekan vəzifəsinə fakültədə kadr hazırlığı aparılan ixti­saslara uyğun namizədlər müraciət edə bilərlər.

2. Namizədlərin elmi dərəcə və elmi adları (elmlər dokto­ru və ya elmlər namizədi (fəlsəfə doktoru) elmi dərəcəsi və professor, dosent elmi adı) olmalıdır.

3. “Dillər” kafedrasının müdiri vəzifəsinə namizədlər IELTS (minimum score 7+) və yaxud TOEFL (score 94+) dərəcəsinə malik olmalıdırlar.

REKTORLUQ

Reklam və elan