Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

post-img

Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sis­temi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir.

Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Res­publikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali təhsil və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun qeydiyyatdan keçməlidirlər. Portal.edu.az vasitə­silə müraciətlərin göndərilməsi cari il aprelin 16-dan başlayacaqdır. 15 may 2024-cü il sənəd qəbulu üçün son tarixdir.

Fəlsəfə doktoru proqramı üzrə:

Doktorantura (dövlət sifarişli və ödənişli əsaslarla):

Təsviri sənət 6215.01 – 1 yer, qiyabi.

Dekorativ tətbiqi sənət 6218.01 – 1 yer, əyani.

Dissertantura (büdcə hesabına və ödənişli əsaslarla):

Təsviri sənət 6215.01 – 1 yer.

Dekorativ tətbiqi sənət 6218.01 – 1 yer.

Əlaqə nömrəsi – 012-567-91-83.

Ünvan – Bakı, H.Əliyev prospekti 26.

Rektorluq

Reklam və elan