Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi AÇIQ TENDER ELAN EDİR

post-img

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

Respublika üzrə bir sıra məktəbəqədər təhsil müəssisələrinin əsaslı təmiri işlərinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Açıq tender iştirakçılarına təklif olunur ki, öz təkliflərini imzalanıb möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: --iddiaçıların ixtisas göstəricilərinin uyğunluğu, aşağı qiy­mət, ödəniş şərtləri, müqavilənin vaxtında yerinə yetirilməsi və təmi­nat verilən istismar müddəti.

Açıq tender proseduru ilə əlaqədar məlumat almaq üçün əlaqələn­dirici şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs – Z.Quliyev.

Ünvan- Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsi 18.

Tel- (+99412) 465 73 48 (daxili 134).

Maraqlananlar açıq tender prosedurunun əsas şərtlər toplusunu 2000,0 manat (iki min manat) məbləğində iştirak haqqını aşağıda qeyd olunan hesaba köçürdükdən sonra yuxarıdakı ünvandan ala bilərlər.

İştirak haqqı heç bir halda geri qaytarılmır. 

Bankın adı - “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı

Kod - 805603

VÖEN - 9900001881

M/h - AZ03NABZ01350100000000002944

S.W.I.F.T. İBAZАZ 2Х

H/h - AZ88IBAZ38030019441856517211

VÖEN - 1500016711

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etmə­lidirlər:

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respubli­kasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yeti­rilməməsi hallarının mövcud olmaması barədə sənəd (uçotda olduğu vergi orqanından alınmalıdır. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir. 2023-cü il oktyabrın 1-dən sonra alınmış arayış qəbul ediləcəkdir); 

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərə­findən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikasının Dövlət Statis­tika Komitəsinin arayışı. Əgər sənəd elektron formada alınıbsa, onda notarial təsdiq edilməsi mütləqdir); 

- iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərir­sə bütün fəaliyyəti dövrü) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış (2023-cü il oktyabrın 1-dən sonra alınmış arayış təq­dim edilməlidir);

- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və bank rekvizitləri;

- iddiaçının tikinti işlərinin həyata keçirilməsi üçün müvafiq lisenzi­yaya və ya icazəyə malik olması; 

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyə­tinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq sə­lahiyyətin verilməsi barədə etibarnamə); 

- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyul­maması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat (vergi orqanı, icra probasiya şöbəsi və ya müvafiq kommersiya məh­kəməsi tərəfindən təqdim olunmuş arayış);

- kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesa­batları (əgər varsa); 

- iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsini təsdiq edən sənədlər (Daxili İşlər Nazirliyindən və ya “ASAN Xidmət” Mərkəzlərindən 2023-cü il oktyabrın 1-dən sonra alınmış arayış qəbul ediləcəkdir);

- tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər, tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycan nümayən­dəliyinin olmasını təsdiqləyən sənədlər;

- iddiaçının müvafiq sahədə peşəkarlığı, təcrübəsi, maliyyə im­kanları, işçi qüvvəsi, idarəetmə səriştəsi barədə təsdiqedici sənədlər (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);

- iddiaçı baş podratçı kimi analoji işlər üzrə bağlanmış müqavilə­nin təsdiq olunmuş surətini təqdim etməlidir (oxşar işlərə aid son 2 ildə bağlanmış müqavilələrin surətləri (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);

- oxşar işlər üzrə iş təcrübəsini təsdiq etmək üçün belə işlərin hə­yata keçirildiyi müəssisə və təşkilatdan tövsiyə məktubları;

- iddiaçının maddi - texniki bazası (sifarişin yerinə yetirilməsi im­kanı) haqqında məlumat (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);

- sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki ten­der sənədləri Azərbaycan dilində tərcümə edilməlidir ).

- iddiaçının tender təklifi (tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki ten­der sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). 

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iş­tirak üçün yuxarıda qeyd olunan sənədləri 17 noyabr 2023-cü il saat 11.00-a, tender təklifi və tender təklifinin bank təminatını isə 27 noyabr 2023-cü il 11.00-dək yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. 

İddiaçıların təklifləri 28 noyabr 2023-cü il saat 11.00-da Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarə­sinin iclas zalında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Reklam və elan