Lot-1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəsissələri üçün dərman vasitələrinin satın alınması.
Ümumi məlumat-
Satınalan təşkilatın adı – "SƏHİYYƏNİN TƏMİNAT MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
Satınalma predmeti-
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəsissələri üçün dərman vasitələrinin satın alınması.
Satınalan təşkilatın ünvanı- AZ 1022, Bakı şəhəri, akademik M.Mirqasımov küçəsi 1A.
İştirak haqqı 2000 manatdır.
Təşkilat - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Səhiyyənin Təminat Mərkəzi” PHŞ
VÖEN- 1008078521
İBAN- AZ41CTRE00000000000002128242
Bank- Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN- 1401555071
Kod- 210005
M/h- AZ41NABZ01360100000000003944
SWIFT:CTREAZ22
Büdcə səviyyəsinin kodu -7 (fond)
İqtisadi təsnifat- 142330
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı- 25 iyul 2023-cü il saat 12.00-dır.
Təkliflərin son təqdim olunma tarixi və vaxtı- 7 avqust 2023-cü il saat 12.00-dır.
Zərflərin açılış tarixi və vaxtı- 8 avqust 2023-cü il saat 12.00-dır.
Əlaqələndirici şəxs – Ruqiyə Həmidova, telefon-+994503282280.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər.
Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.
Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 70 bank günü.
Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 30 bank günü.
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış.
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən olunan tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası