“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC AÇIQ TENDER ELAN EDİR

post-img

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin

Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti

“Balakən rayonunun Mahamalar və digər yaşayış məntəqələrinin, Balakənçay və Katexçay çaylarının sel sularından mühafizəsi tədbirləri”nin satın alınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Satınalan təşkilatın adı- Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti 

VÖEN- 1300300711

Kod- 805562

H/h - AZ 10 IBAZ 38070019449716100216 

“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı

M/h- AZ03NABZ01350100000000002944

VÖEN- 9900001881 

SWIFT : IBAZAZ2Х (AZIPS-in üzvü) 

Əlaqələndirici şəxs- Qulam Şamil oğlu Aslanov (A.A.S)

Satınalan təşkilatın ünvanı- Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69 a.

Əlaqələndirici şəxsin E-mail: [email protected]

Əlaqə nömrəsi- (012) 431 08 64.

Satınalma predmetinin adı - “Balakən rayonunun Mahamalar və digər yaşayış məntəqələrinin, Balakənçay və Katexçay çaylarının sel sularından mühafizəsi tədbirləri ”.

Ünvan- Balakən rayonu 

İşlərin qısa təsviri - Balakən rayonunda uzunluğu 4394 metr, hün­dürlüyü 8 metr olan istinad divarının tikintisi. 

İşlərin yerinə yetirilmə müddəti – 32 aydır.

Tender təkliflərinin qiymətləndirilməsi meyarları- tender təklifinin ödəniş şərti - 10 baldır. 

-İddiaçı bağlanacaq satınalma müqaviləsinin yerinə yetirilməsi üçün avans ödənişi tələb etmədiyi halda bu meyar üzrə müəyyən olunmuş maksimal 10 bal alacaqdır.

İddiaçı tender təklifində 20 faizdən artıq avans ödənişi tələb edərsə, o zaman həmin iddiaçının tender təklifi kənarlaşdırılacaqdır. 20 faiz və daha az avans ödənişi tələb olunan tender təklifinin bu meyar üzrə alacağı bal aşağıdakı düstur əsasında hesablanacaq­dır, (20–X)/20x10 X-tender təklifində iddiaçı tərəfindən tələb olunan avans ödənişinin müqavilə qiymətinə nisbətdə faizi.

Qiymət təklifi – 90 baldır.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi kadr və maliyyə imkanlarına malik olmaqla yanaşı,

• İddiaçının son 10 (on) tam təqvim ilində analoji işlər üzrə yerinə yetirdiyi müqavilələrin ümumi məbləği 7 min 500 manatdan az olma­malıdır.

• İddiaçı son 10 ildə ayrı-ayrılıqda, yaxud bir yerdə olmaqla ən azı 1 (bir) analoji iş kimi 4000 metr uzunluğunda və hündürlüyü 8 metr­dən az olmamaq şərtilə beton bənd və ən azı 50 metr uzunluğunda fiksatorun tikintisi müqaviləsini yerinə yetirmiş olmalı və işlərin bitiril­məsinə aid təsdiqedici sənədlərini (təhvil-təslim aktlarını və işbitirmə sənədlərini) təqdim etməlidir.

İştirak haqqı 5000 (beş min) manatdır. 

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etmə­lidirlər:

1. Tender təklifi azı 45 bank günü qüvvətə olmalıdır (tender təklif­lərinin açıldığı gündən ən azı 30 bank günü qüvvədə olmalıdır). Ten­der təklifi Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

2. Tender təklifinin qiymətinin 1 faizi məbləğində tender təklifinin təminatı (bank zəmanəti, tender təklifinin qüvvədə olma müddətin­dən 30 bank günü çox qüvvədə olmalıdır (bank tərəfindən təqdim edilməlidir).

3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödəniş­lərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəy­yən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud ol­maması haqqında müvafiq vergi orqanından arayış (vergi xidməti tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı, sənədin əsli və ya notarial qaydada təsdiqini təqdim etməsi zəruridir).

4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (son maliyyə dövrünə olan məlumatı əks etdirməsi, sənədin əsli və ya notarial qay­dada təsdiqini təqdim etməsi zəruridir).

5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank ara­yışı (bank tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı , sənədin əsli və ya notarial qaydada təsdiqini təqdim etməsi zəruridir). 

6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyat­dan keçdiyi ölkə (kommersiya və hüquqi şəxslərin dövlət qeydiyyatı reyestrindən çıxarış iddiaçı tərəfindən təqdim edilməli, nizamnamə­nin, dövlət reyestrindən çıxarışın və şəhadətnamənin notarial qayda­da təsdiq olunmuş surəti).

7. Rekvizitlər( iddiaçının və ya bankın imzası və möhürü ilə təsdiq edilməlidir).

8. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliy­yətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstə­ricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olun­maması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi (Asan xidmət tərəfindən təqdim edilməli və qeydiyyat tarixi cari rüb ərzində olmalıdır).

9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, ha­belə ödəmə qabiliyyəti olması ,ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs ol­maması(vergi xidməti tərəfindən təqdim edilməli və son rübü əhatə etməlidir).

10. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması (iddiaçı tərəfindən təqdim edilməlidir).

11. İddiaçının kiçik və orta sahibkarlıq subyektlərinin meyarlarına uyğun olması.

(Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfin­dən təqdim edilməlidir).

12. İddiaçının Azərbaycan Respublikası ərazisində tender pred­meti üzrə fəaliyyət göstərməsi üçün müvafiq lisenziyası olmalıdır (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilməlidir).

13. Satınalma müqaviləsini bağlamaq səlahəyyətinin olması. 

(imza səlahiyyəti olan şəxsin (əgər təsisçi direktor deyilsə) əmri, sənədin əsli və ya notarial qaydada təsdiqini təqdim etməsi zəruridir).

İddiaçılar tenderdə iştirak üçün yuxarıda 3-13-cü sıralarda göstə­rilən sənədləri 9 iyun 2023-cü il saat 17.00-a qədər (tender təklifləri­nin açılışına 7 (yeddi) bank günü qalmış) qapalı zərfdə əsli və surəti olmaqla Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69a nömrəli ünvana təqdim etməlidirlər. 

İddiaçılar tender təklifi və bank təminatını isə 19 iyun 2023-cü il saat 17.00-a qədər (tender təkliflərinin açılışına 1 (bir) bank günü qalmış) qapalı zərfdə əsli və surəti olmaqla Bakı şəhəri, Yasamal ra­yonu, Moskva prospekti 69a nömrəli ünvana təqdim etməlidirlər. 

İddiaçıların təklifləri 20 iyun 2023-cü il saat 15.00-da açılacaqdır. 

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uy­ğun keçiriləcəkdir.

 

Tender komissiyası

Reklam və elan